"Qalatasaray"da gərginlik: Tüdor futbolçunu qovdu

17:53 - 9 İyul 2017

“Qalatasaray”ın baş məşqçisi İqor Tudorla futbolçu Luis Kavanda arasında gərginlik yaşanıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kavanda yoxlama matçında ehtiyatda qalmasına etiraz edib. Bundan sonra xorvatiyalı mütəxəssis belçikalı futbolçunu bu etirazı və intizamsızlığı səbəbindən komandanın düşərgəsindən qovub.
 
26 yaşlı müdafiəçi Tudorun tələbindən sonra əşyalarını da toplayaraq “Qalatasaray”ın hazırlıq keçdiyi Slovakiyadan İstanbula qayıdıb.

Xəbər xətti