"Sumqayıt"ın "Səbail" üzərindəki qələbəsi VİDEO

18:12 - 9 İyul 2017

Yeni mövsümə hazırlığı ölkə daxilində davam etdirən "Səbail" və "Sumqayıt" klubları daha bir yoxlama oyunu keçiriblər.
 
Sportal.az xəbər verir ki, sumqayıtlılar Premyer Liqanın debütantı ilə bu dəfə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
 
Qarşılaşma Samir Abasovun yetirmələrinin qələbəsi ilə başa çatıb - 1:0. Oyundakı yeganə qolu “Sumqayıt”ın bu yay "Neftçi"dən transfer etdiyi Cavid İmamverdiyev rəqib qapısından keçirib.
 
Xatırladaq ki, bu komandalar bir neçə gün öncə Sumqayıtda da qarşılaşmışdı. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməmişdi - 2:2.

 

Xəbər xətti