Sneyderin "Qalatasaray"dakı taleyinə aydınlıq gəldi

10:57 - 10 İyul 2017

“Qalatasaray”da gələcəyi sual altında olan Uesli Sneyder komandada qalacağını bəyan edib.

 

Sportal.az xəbər verir ki, hollandiyalı ulduz bu barədə sosial şəbəkə hesablarında məlumat verib. Təcrübəli yarımmüdafiəçi bu gün tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlayacağını vurğulayıb.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu 2013-cü ildən İstanbul klububda çıxış edir.

Xəbər xətti