Litvalı futbolçu: "Qəbələ"nin gücünə bələdik"

11:13 - 10 İyul 2017

"Artıq bir neçə gündü "Qəbələ"ni təhlil edirik. Rəqibin bir neçə yoxlama və rəsmi oyunlarının videogörüntüsünü izləmişik. "Qəbələ"nin gücünə bələdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan Polşanın "Yagelloniya" klubunun futbolçusu Arvidas Novikovas deyib. Polşa mətbuatına açıqlama verən 27 yaşlı forvard komandasının "Qəbələ" önündəki şanslarını dəyərləndirib. O, mərhələ adlamaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib:

 

"Bilirik ki, "Qəbələ" son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Bu, onların kifayət qədər güclü komanda olmasını göstərir. Ancaq Azərbaycana səfər öncəsi qələbə qazanmağımız və səfərə qalib ruhda yollanmağımız bizə əlavə motivasiya verir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

 

Qeyd edək ki, “Qəbələ” – “Yagelloniya” oyunu iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Xəbər xətti