"Neftçi"nin 8 futbolçusu milliyə dəvət aldı

12:01 - 10 İyul 2017

“Neftçi”nin oyunçuları 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət ediliblər.

 

Sportal.az xəbər verir ki, yığmamız bu gündən təlim-məşq toplanışına yığışacaq. Hazırlıq prosesinə paytaxt klubunun 8 üzvü cəlb edilib. Bunlar İsmayıl Zülfüqarlı, İlkin Əbiyev, İnqilab Ələkbərov, Murad Bağırov, Vüsal Əsgərov, Mehdi Tahirov, Abbas Abbasov və Nicat Məmmədovdu.

 
Qeyd edək ki, U-17 yığmamızın toplanışı iyulun 17-dək Bakıda, ayın 18-dən avqustun 2-dək isə Qaxda baş tutacaq.

Xəbər xətti