"İnter" - "Fola" matçı iki manata

12:33 - 10 İyul 2017

Avropa Liqasınn 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də “İnter” öz meydanında “Fola”nı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu gün günortadan sonra artıq luksemburqlularla görüşün biletləri satışa çıxarılacaq. Biletlər “İnter Arena” və “Dalğa Arena”da satılacaq. Qiymətlər isə bütün sektorlar üzrə 2 AZN olacaq.
 
Qeyd edək ki, sözügedən matç iyulun 12-də, saat 20:00-da “Dalğa Arena”da start götürəcək.

Xəbər xətti