Muarem oyunun ən yaxşısı seçildi, Saşa Stamenkoviç üzüldü VİDEO

“Qarabağ”dan Qazaxıstanın "Aktobe" klubuna transfer olan Muarem Muarem Premyer Liqada debüt oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, makedoniyalı oyunçu 20-ci turda keçirilən "Aktobe" - “Okjetpes” matçında debüt edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Muarem bu oyunda 2 assist edib.

 

28 yaşlı yarımmüdafiəçi qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, bu görüşdə “Okjetpes”in qapısını “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç qoruyub.

 

Tarix: 10 İyul [13:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio