"Real" - "Barselona" matçının biletləri "qara bazar"da - 10 min dollara

14:48 - 10 İyul 2017

İyulun 29-da Mayamidə Beynəlxalq Çempionlar Kuboku çərçivəsində “Barselona” ilə “Real” klubları üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, İspaniya nəhənglərinin duelinə biletlər mart ayında 20 dəqiqə ərzində tamamilə satılmışdı.

 

Hazırda biletləri yalnız “qara bazar”dan əldə etmək mümkündü. “Qara bazar”da isə bir biletin 10 min dollara təklif olunduğu bildirilir.

Xəbər xətti