"Qəbələ" - "Yagelloniya" matçının biletləri satışda

15:10 - 10 İyul 2017

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

 

Qeyd edək ki, iyulun 13-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.

Xəbər xətti