Milli üzvü dünyasını dəyişdi

16:09 - 10 İyul 2017

Syerra-Leone milli komandasının futbolçusu Əlhacı Dauda Konte vəfat edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı qapıçı 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya ilə oyun üçün yığmaya cəlb olunsa da, xəstəlikdən dünyasını dəyişib.

 

Milli komandanın baş məşqçisi Con Keyster bildirib ki, futbolçu məşq zamanı özünü yaxşı hiss etmədiyi üçün onu düşərgədən kənarlaşdırmalı olub. Əlhacı Dauda Kontenin hansı xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat verilmir.

Xəbər xətti