"Qalatasaray"ın oyunu ispanlara tapşırıldı

16:28 - 10 İyul 2017

"Qalatasaray" Avropa Liqasının 2-ci təsnifat mərhələsində İsveçin "Ostersund" komandasının qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, bu oyunu İspaniyadan olan hakimlər idarə edəcək. Qarşılaşmada baş hakim funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək. Ona həmyerliləri Dieqo Barbero və Sezar Manuel Noval kömək edəcək.

 

Qeyd edək ki, "Ostersund" -  "Qalatasaray" matçı 13 iyul tarixində saat 21:00-da baş tutacaq.

Xəbər xətti