Öncə "Astra", sonra "Zirə"

17:59 - 10 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Marin Anastasovici" stadionunun mətbuat zalında öncə meydan sahiblərinin baş məşqçisi Edvard Yordanesku jurnalistlərin önünə çıxacaq. Rumıniyalı mütəxəssisin mətbuat konfransı saat 18:30-da baş tutacaq. 19:00-da isə Ciurciu təmsilçisinin son məşqi baş tutacaq.

 

"Zirə"nin çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı isə saat 20:00-da keçiriləcək. 20:30-da isə təmsilçimiz oyunöncəsi son məşqə çıxacaq.

 

Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyunun 13-də saat 21:30-da start götürəcək.

Xəbər xətti