"Zirə" Rumıniya yığmasının təlim-məşq bazasında

01:12 - 11 İyul 2017

“Differdanj”la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gedib.

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki,  Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq Ayxan Abbasovun komandası Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.

 

Bu gün orada  məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.

Xəbər xətti