"Kəpəz"dən "Şüvəlan"a keçən futbolçu: "Belə şərait heç Premyer Liqa klublarında yoxdur" VİDEO

11:31 - 11 İyul 2017

Yeni mövsümdən etibarən "Şüvəlan" I Divizionda çıxış edəcək. Paytaxt klubu növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komandanın "Kəpəz"dən transfer etdiyi Eyyub Əliyev açıqlama verib. Gənc qolkiper komandadakı şəraitdən və gələcək hədəflərindən danışıb:

 

"Mənim üçün yaxşı şansdır. Premyer Liqada oynamamaqdansa, I Divizionda çıxış edərək təcrübə qazanıb, irəli getmək lazımdı. Bura mənim üçün ən yaxşı variant idi. Komandamızın baş məşqçisi Aqil Nəbiyev komandaya elə futbolçular cəlb edib ki, Premyer Liqaya qayıtmaq şansımızın olduğunu deməliyəm. Belə şərait heç Premyer Liqa klublarında da yoxdur. Komandamızın bazası və bütün şəraiti var. İstəyirik ki, Premyer Liqaya yüksələk".

 

Xəbər xətti