UEFA-nın reytinq siyahısı açıqlandı: "Qarabağ" ən yaxşımızdı

11:52 - 11 İyul 2017

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
 
Sportal.az saytının məlumatına görə, 442 klubun yer aldığı siyahıya “Real”ı başçılıq edir. “Atletiko” 2-ci,  "Barselona" isə reytinq cədvəlində 3-cü yerdə qərarlaşıb.
 
Qitənin ali futbol qurumunun tərtib etdiyi siyahıda Azərbaycanın yeddi komandası var.
 
Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 17.650 xalla 91-ci sırada qərarlaşıb.

 

7.400 reytinq xalına sahib “Qəbələ” 166, 6.400 xalı olan “Neftçi” 183, 5.150 xala malik olan “İnter” isə 218-ci sırada yer alıb.

 

279-cu pillədə məskunlaşan “Kəpəz"in 3.650, 280-ci olan “Xəzər Lənkəran”ın da 3.650 xalı var. 309-cu yerdə qərarlaşan “Zirə”nın isə 3.150 reytinq xalı var.

Xəbər xətti