"Sumqayıt"ın Türkiyə toplanışının müddəti məlum oldu

13:19 - 11 İyul 2017

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2017/18 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. "Sumqayıt" Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək.

 

Komanda Bolunun “VON Resort" hotelində məskunlaşacaq.

Xəbər xətti