"Qəbələ"nin zəif cəhətlərindən istifadə edəcəyik"

14:49 - 11 İyul 2017

"Azərbaycanda çempionat çoxdan bitsə də, "Qəbələ"nin Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, rəqibimiz güclü komandadı. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Yagellloniya"nın baş məşqçisi İreniuş Mamrot klubunun rəsmi saytına açıqlamasında bildirib.

 

Polşa klubunun 47 yaşlı yerli çalışdırıcısı təmsilçimizi yaxşı təhlil etdiklərini söyləyib: "Qəbələ” böyük büdcəyə və yaxşı futbolçulara sahib klubdur. Onlar yay fasiləsində 9 futbolçu transfer ediblər. Ancaq bu komandanı gücləndirməyə kifayət etmir. Çünki yeni futbolçuların komandaya uyğunlaşmaq üçün vaxta ehtiyacları var. "Qəbələ"nin yeni transferlərinin hamısı start heyətində meydana çıxsa, bizim üçün daha yaxşı olar. Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması zaman tələb edir. Bu da bizə əlavə şans yaradır”

Xəbər xətti