"Başakşəhər"in futbolçusu: "Biz Riçard Almeydayla 500 avro maaş alırdıq"

15:15 - 11 İyul 2017

İstanbulun "Başakşəhər" klubunun futbolçusu Junior Kaysara keçmiş xatirələrindən danışıb. 

 

Sportal.az xəbər verir ki, keçmişi vərəqləyən braziliyalı futbolçu, vaxtı ilə "Jil Visente" klubunda birlikdə çıxış etdiyi millimizin və "Qarabağ"ın futbolçusu Riçard Almeydandan da söz açıb. 

 

"Biz Almeyda ilə "Jil Visente"də çıxış edərkən 500 avro maaş alırdıq. Demək olar ki, ən az pul bizə çatırdı. Komanda yüksək liqaya vəsiqə qazanandan sonra yaxşı  təkliflər aldıq. Riçard "Qarabağ"ı seçdi. Mən də "Ludoqoret"də oynamağa qərar verdim, həmin klubun heyətində Çempionlar Liqasında oynadım. Daha sonra isə "Şalke" kimi böyük klubda oynamaq şansı qazandım. İndi tanınmış futbolçu ola bilərəm. Amma bir neçə il əvvəl Portuqaliyanın II liqasında aylıq 500 avroya oynayırdım”.

 

Qeyd edək ki, Almeyda "Qarabağ"a 2012-ci ildə transfer olunub.

Xəbər xətti