Kaladze "Qarabağ" - "Samtredia" matçı üçün Bakıya gəldi

16:50 - 11 İyul 2017

İtaliyanın “Milan” komandasının keçmiş futbolçusu və Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladzenin atası Bakıya gəlib.

 

Sportal.az “Report”a istinadən xəbər verir ki, Karlo Kaladze Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Gürcüstan təmsilçisi “Samtredia” arasında keçiriləcək ilk matçı izləmək üçün Azərbaycanda səfərdədir. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Qarşılaşmaya "Samtredia"nın veteran futbolçuları da canlı baxacaq. 

 

Qeyd edək ki, 70 yaşlı Karlo Kaladze Gürcüstanın Samtredia şəhərində anadan olub. O, şəhərin “Lokomotiv” komandasında futbol oynayıb. Ata Kaladze 1980-ci illərdə “Lokomotiv”in varisi olan “Samtredia” klubunun rəisi vəzifəsində çalışıb. Kaxa Kaladze də “Qarabağ”ın rəqibinin yetirməsidir. 39 yaşlı veteran futbolçu 1992-ci ildə Tiflis “Dinamo”suna transfer olunub, 2001 - 2010-cu illərdə isə “Milan”da çıxış edib.

Xəbər xətti