Türkiyə Super Liqasında yeni mövsümün püşkü atıldı

17:36 - 11 İyul 2017

Türkiyə Super Liqasında 2017/2018-ci il mövsümünün püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatına 11 avqust trainində start veriləcək. İlk turun oyunları 11, 12, 13, 14 tarixlərində keçiriləcək. Mövsümə isə 20 may tarixində baş tutacaq 34-cü tur matçları ilə yekun vurulacaq.

 

İlk turun oyun cədvəlini təqdim edirik:

"Beşiktaş" - "Antalyaspor"

"Alanyaspor" - "Kasımpaşa"

"Akhisar Bələdiyəspor" - "Sivasspor"

"Trabzonspor" - "Konyaspor"

"Başakşəhər" - "Bursaspor"

"Qalatasaray" - "Kayserispor"

"Yeni Malatyaspor" - "Osmanlıspor"

"Göztəpə" - "Fənərbaxça"

"Gənclərbirliyi" - "Karabükspor"

 

Azarkeşlərin maraqla gözlədiyi derbilər isə aşağıdakı tarixlərdə baş tutacaq:

 

6-cı tur

"Fənərbaxça" - "Beşiktaş"

 

9-cu tur

"Qalatasaray" - "Fənərbaxça"

 

14-cü tur

"Beşiktaş" - "Qalatasaray"

Xəbər xətti