Millinin üzvü dəlixanadan buraxıldı

18:30 - 11 İyul 2017

Everton”un futbolçusu Aron Lennon stress səbəbindən müalicə aldığı dəlixanadan buraxılıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "instagram" səhifəsində məlumat verib. Onun vəziyyətinin yaxşı olduğu və futbol qayıdacağı bildirilir.

 

Qeyd edək ki, bu ilin aprelin 30-da futbolçuda stressə bağlı psixoloji problemlər aşkarlanmışdı. Bu səbəbdən də məşhur futbolçu dəlixanaya yerləşdirilmişdi.

 

Lennon ötən mövsüm 11 oyun keçirib. O, sonuncu dəfə fevralın 11-də "Midlzbro"ya qarşı oynayıb. Lennon 2006/13-cü illərdə İngiltərə yığmasının heyətində 21 qarşılaşmada meydanda olub.

Xəbər xətti