"Fola"nın baş məşqçisi: "Oyuna ümidlərimiz böyükdür"

01:06 - 12 İyul 2017

“Avropa Liqasında II mərhələyə yüksəldiyimiz üçün sevinirik”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Fola” klubunun baş məşqçisi Jeff Strasser deyib. Lüksemburq klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “İnter”in qonağı olacaq. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis fikirlərini bildirib:

 

"Oyuna ümidlərimiz böyükdür. “İnter”in oyunlarını analiz etmişik, rəqibimizi olduqca güclü komandadır. Bizi çətin qarşılaşma gözləyir”.

 

- Yəqin ki, “İnter”in “Mladost”a qarşı oyununu izləmisiniz. Necə düşünürsünüz, “İnter” sizi necə cəzalandıra bilər?

- Təbii ki, “İnter” güclü komandadı və güclü müdafiə xətti var. “İnter” əsasən standart vəziyyətlərində və əks hücumda güclüdür. Xüsusən də, Nizami Hacıyev, Rauf Əliyev və Pərdis Fərcad Azadı qeyd edərdim. Skarlatake isə bizi cərimə zərbələrindən cəzalandıra bilər. Elnur Abdullayev və Fuad Bayramov orta sahədə böyük iş görür.

 

- Oyundan hansı nəticəni gözləyirsiniz?

- Oyunöncəsi hansısa fikir bildirmək çətindir. Amma növbəti mərhələyə keçmək üçün yaxşı nəticə qazanmağa çalışacağıq.  

Xəbər xətti