Donnarumma müqavilə imzaladı

10:51 - 12 İyul 2017

Canluici Donnarumma “Milan”la müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı qolkiperlə 2021-ci ilə qədər müqavilə imzalanıb.

 

Gənc qolkiperin illik məvacibi 6 milyon avro olacaq.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü olan gənc qolkiper "Milan"ın yetirməsidir.

Xəbər xətti