Ukraynalı futbolçu: "Qəbələ"ni təəccübləndirəcəyik"

12:07 - 12 İyul 2017

Polşanın "Yagelloniya" klubunun futbolçusu Taras Romançuk Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə ilk matç öncəsi klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəmçi "Qəbələ" ilə oyunun çətin olacağını bildirib: "Qəbələ" ilə oyunda uduzmamalıyıq. Ümid edirəm ki, rəqibi təəccübləndirəcəyik. Bu komandanı tanıyıram.  Onlar iki dəfə Avropa Liqasının qrup mərhələsində oynayıblar. Düzdür, rəqib çox xal yığmasa da, güclü rəqiblərə qarşı oyunları ilə bacarığını nümayiş etdirib. Onların bir çox yaxşı oyunçusu var. Biz diqqəti olmalı və yaxşı nəticə əldə etməyə çalışmalıyıq".

 

Ukraynalı foyunçu "Qəbələ"nin futbolçularını tərifləyib: "Qəbələ"nin yaxşı oyunçuları var. Klubun əhəmiyyətli oyunçularından biri də Filip Ozobiçdir. O, çox texnikalı futbolçudur.  Ümumilikdə, komandanın məşqçi heyəti və oyunçuları yaxşıdır. Əlbəttə, bizim üçün onlara qarşı oynamaq asan olmayacaq".

Xəbər xətti