Dino Ndlovu ÇL-nin bombardirləri sırasında

13:32 - 12 İyul 2017

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çempionlar Liqasının bombardiləri siyahısına düşüb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində "Samtredia" ilə matçda dubla imza atan afrikalı hücumçu ən yaxşı bombardirlər siyahısında 2-5-ci pillələri bölüşdürür. Ancaq siyahıda olan Uroş Nenadoviç ("Alaşkert", Ermənistan), Selvi Vatnxamar ("Vikinqur Qota", Farer adaları) 2 qolu 2 oyuna, Jorje Pereyra ("Xibernians", Malta) isə 3 matça vurub. Onlardan fərqli olaraq isə Ndlovu cəmi 1 oyuna dubl edib.

 

Qeyd edək ki, hazırda ÇL-in ən yaxşı bombardiri Skott Kuiqlidir ("Nyu Seunts”, Uels). O, 3 oyuna 3 qol vurub.

Xəbər xətti