Ramil Şeydayev debütə hazırlaşır - Çempionlar Liqasında

15:21 - 12 İyul 2017

Milli komandamızın futbolçusu Ramil Şeydayev bu gün Çempionlar Liqasında debüt edə bilər.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçumuzun komandası Slovakiya “Jilina”sı ÇL-in ikinci təsnifat mərhələsinin ilk matçında Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

 

Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.

 

Qeyd edək ki, “Jilina”nın əsas oyunçularından olan R.Şeydayevin bu görüşdə iştirakı ehtimalı yüksəkdir.

Xəbər xətti