"MKT Araz" "İstanbul cup"da ikinci oldu

17:43 - 12 İyul 2017

Türkiyənin İstanbul şəhərində çimərlik futbolu üzrə ənənəvi "İstanbul Cup" turniri keçirilib. 3 gün davam edən turnirdə 4 komanda dairəvi sistemdə yarışıb. Yarışda ölkəmizi İmişlinin "MKT Araz" klubu təmsil edib. Komandamız meydan sahibləri "Manavqat"la yanaşı Batumi "Dinamo"su və Rumuniya "Astra"sı ilə qarşılaşıb. 

 

Sportal.az xəbər verir ki, ilk oyunda "Dinamo"nu 8-7 hesabı ilə məğlub edən təmsilçimiz, ikinci oyunda yerli "Manavqat"a məğlub olub, 5-3. İmişli təmsilçisi son oyunda "Astra" üzərində 12-7 hesabı ilə qələbə qazanaraq turniri 2-ci yerdə bitirib. 

 

Turnirdə daha bir uğurlu nəticəyə komandamızın oyunçusu Samir Babayev imza atıb. O, 15 qolla turnirin bombardiri olmaqla yanaşı həmdə ən yaxşı oyunçusu seçilib. 

 

Qeyd edək ki, "İstanbul Cup" turnirinin baş hakimi həmyerlimiz, çimərlik futbolu üzrə FİFA dərəcəli hakim Əfqan Həmzəyev olub. 

Xəbər xətti