"Qəbələ" "Yagelloniya" ilə heç-heçə etdi YENİLƏNİB

22:52 - 13 İyul 2017

Bu gün cari mövsüm ölkəmizi avrokuboklarda təmsil edən “Qəbələ” də mübarizəyə qoşulub.

 

Sportal.az xəbər verir ki, Roman Qriqoruçukun komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu Bakıda keçirib. Son 2 ildə Avroliqanın qrup mərhələsində çıxış edən “Qırmızı-qaralar”ı Bakıda Polşa “Yagelloniya”sı ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.


UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

13 iyul

 

21:00. “Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) 1:1

Qollar: Stivn Jozef-Monroz, 47Taras Romançuk, 15

Baş hakim: Marco Fritz
Baş hakimin köməkçiləri: Holger Gunter Henschel, Marcel Pelgrim
Dördüncü hakim: Guido Vinkmann (hamısı Almaniya)
Bakı. “Bakcell Arena”

Xəbər xətti