Donnarumma: "Azarkeşlərə "xəyanət" hissini verdiyim üçün üzr istəyirəm"

Canluici Donnarumma "Milan"la müqaviləsini 4 il uzadıb. 

 

Azarkeşlər bir müddət öncə "qırmızı-qaralar"la müqavilə uzatmaq barəsində razılıq əldə etmədiyi üçün gənc oyunçuya və onun agenti Mino Rayolaya böyük təzyiq etmişdilər. Hətta İtaliyanın U-21 millisinin heyətində oyun zamanı Donnarummaya saxta dollar atılmışdı.

 

Sportal.az xəbər verir ki, sözləşməsini yeniləyən 18 yaşlı qolkiper azarkeşlərə səslənib: "Milan" formasını geyinmək qürurdur. Bundan şübhə olmasın. Azarkeşlərə "xəyanət" hissini verdiyim üçün üzr istəyirəm. Mən formama və azarkeşlərə xəyanət etməmişəm. Söz-söhbətlər böyüsə də mənim "Milan"dan ayrılmaq niyyətim olmayıb".

 

Qeyd edək ki, Donnarumma "Milan"ın yetirməsidir.

Tarix: 13 İyul [13:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio