Nazarov hansı komandada oynayacaq? - klub prezidentindən açıqlama

13:30 - 13 İyul 2017

Millimizin futbolçusu Dmitri Nazarov karyerasını hazırkı klubu "Aue"də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Almaniya klubunun prezidenti Helge Leonardt verib. Klub rəsmisi bildirib ki, Nazarov "Aue" ilə 2-3 illik yeni müqavilə imzalamaq niyyətindədi:

 

"Dmitri ilə gələcəyimizi parlaq görürürk. Onunla yeni müqavilə haqda danışdıq. Görüşümüz yaxşı alındı və başa çatdı. Hər şey yolunda getsə, tezliklə onunla yeni müqavilə imzalayacağıq".

 

Təcrübəli futbolçu özü yerli mətbuata açıqlamasında bildirib ki, Bundesliqada oynamaq arzusundadır: "Aue"də özümü çox xoşbəxt hiss edirəm. Bu komandada həm kollektiv, həm də azarkeşlər mənim istədiyim kimidi.  Komandamızda Martin Mennel kimi təcrübəli futbolçu var. Ötən mövsümün sonunda özümüzü yaxşı göstərdik və möhtəşəm sonluqla çempionatı başa vurduq. Ümid edirəm ki, yeni mövsümə qaldığımız yerdən start verərik və Bundesliqaya vəsiqə qazanarıq. Artıq komanda olaraq əsas çempionatda oynamaq istəyirik".

 

Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm "Aue"nin heyətində 9 qol vurub.

Xəbər xətti