"Astra" - "Zirə" oyunu canlı yayımda

13:49 - 13 İyul 2017

Bu gün baş tutacaq “Astra” – “Zirə” matçını canlı izləmək mümkün olacaq.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçı “CBC Sport” vasitəsi ilə efirə gətiriləcək. Rumıniyadakı oyunun canlı yayımı üçün uzun sürən danışıqlar bu gün nəticə verib. Bu barədə CBC Sport-un baş direktoru Volkan Üst açıqlama verib:

 

“Biz həmişə klublarımızın avrokubok oyunlarının yayımlanmasına çalışmışıq. Bu il ölkə daxilindən üç görüşlə yanaşı, “İnter”in Serbiyadakı matçını da azarkeşlərə canlı təqdim etdik. Bu mənada “Zirə”nin Rumıniyadakı oyununun birbaşa yayımı üçün çalışırdıq. “Zirə” klubunun rəhbərliyi də bu yöndə bizə çox kömək oldu. Rumıniya telekanalı ilə apardığımız danışıqlar müsbət nəticələnib. Oyun bu gün CBC Sport-la canlı yayımlanacaq. Avrokuboklarda mübarizə aparan klublarımıza uğurlar arzulayıram”.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

Xəbər xətti