Yakup Jezniçak: "Növbəti oyunu gözləməyə səbrim çatmır"

15:47 - 13 İyul 2017

“Qarabağ”dakı ilk oyunumuz artıq geridə qaldı. 5:0 hesabı ilə qalib gəldiyimizə görə çox sevinirəm".

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın yeni legioneri Yakup Jezniçak "Facebook"dakı şəxsi səhifəsində yazıb.

 

30 yaşlı polşalı müdafiəçi debütünün baş tutduğu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Samtredia”ya qarşı ilk oyununda komandasına və azarkeşlərə ona verdiyi dəstəyə görə təşəkkür edib: “Növbəti oyunu gözləməyə səbrim çatmır”.

 

Xatırladaq ki, "Samtredia" - "Qarabağ" oyunu iyulun 18-də keçiriləcək.

Xəbər xətti