Roman Qriqorçuk: "Növbəti mərhələyə keçmək şansımız var" MÜSAHİBƏ

“Pis heç nə baş vermədi, təəccüblü heç nə olmadı. Çünki başa düşürdük ki, oyun çətin olacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qiroqorçuk deyib. “Qırmızı-qaralar” Avropa Liqasının II tənifat mərhələsinin ilk oyunları çərçivəsində “Yagelloniya” ilə heç-heçə edib. Oyundan sonra baş tutan mətbuat konfrnsında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: 

 

“Rəqibin yaxşı oyun tərzi var və bilirdik ki, onların üstünlüyü olacaq. Bizim üçün ilk dəqiqələrdən oyunu ələ almağımız yaxşı olardı. Bu alınmadı, əksinə çox epziodlar itirdik. Oyunun əvvəllərində daha yaxşı oynamalı idik”.

 

- Komanda bu gün niyə inamsız təsir baışladı? Nə çatışmırdı?

- Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Bunu başa düşürük və ona görə də təəccüblü heç nəyin baş vermədiyini düşünürük. Biz qələbə qazanmaq istəyirdik. Oyunu ələ almalıydıq. Lazımsız top itkilər oldu və bu, bizim oyunumuza təsir etdi.

 

- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardı, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdu?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

 

- Cavab oyununda şanslarınızı necə dəyərləndirirsiniz? Yeni planınız varmı?

- Biz necə olacağını bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Bizim əsas məqsədimiz sakit olmaqdı.  Təəssüflənməməliyik. Hesab müxtəlif ola bilərdi. Məncə, nəticə ədalətlidi. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var.

 

- Araz Abdullayev bu gün harda idi?

- Arazın adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. 

 

- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdü, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidi. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.

Tarix: 13 İyul [23:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2017
19  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio