Azərbaycan UEFA reytinqində gerilədi

10:16 - 14 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportal.az xəbər verir ki, ötən gün avrokuboklardakı təmsilçilərimizdən daha ikisi növbəti oyununu keçirdi. 

 

Belə ki, Avroliqada mübarizə aparan "Qəbələ" doğma meydanda Polşa "Yagelloniya"sı ilə 1:1 hesablı bərabərliyə razı oldusa, “Zirə” Rumıniyada “Astra”ya yenildi - 1:3. Təmsilçilərmiz mümkün 0.500 xaldan cəmi 0.125 xal yazdırdı. Bu nəticədən sonra ölkəmiz klub reytinqində 1 pillə geriləyib.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 16.375 xalla 22-ci pillədəyik. Ölkəmizi geridə qoyan isə Kipr oldu. Hər 3 təmsilçisi qələbə qazanan adalıların aktivində 16.425 əmsal var. Bundan başqa bizdən bir pillə arxada olan Belarusun da xalı bizimkilərlə eynidi. Sadəcə, cari mövsümdə qazanılan xalların çoxluğuna görə üstün olan tərəf ölkəmizdi. 24-cü sırada olan İsveçin 16.225, Bolqarıstanın isə 16.125 xalı var.

 

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 8 görüşdə 6, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıblar.

Xəbər xətti