"Qəbələ"yə "Panatinaikos", "İnter" üçün "Qalatasaray" YENİLƏNİB

15:18 - 14 İyul 2017

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb

 

Püşkatmada Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Avropa Liqasında çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”nin növbəti rəqibinin kimliyini bilinib.

 

“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.
 
“Astra” - “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.
 
“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.  Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.
 
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Xəbər xətti