İspaniyada Superkubok matçlarının tarixi məlum oldu

İspaniya Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Superkubok qarşılaşmasında “Barselona” “Real”la üz-üzə gələcək. İlk oyun avqustun 13-də “Nou Kamp”da baş tutacaq. Təkrar görüş isə avqustun 16-da “Santyaqo Bernabeu”da keçiriləcək.

 

İspaniya çempionatının keçirilmə tarixi də müəyyənləşib. Çempionat avqustun 19-da başlayacaq, mayın 20-də başa çatacaq. İspaniya kubokunun finalı isə aprelin 21-nə planlaşdırılıb.

Tarix: 14 İyul [11:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2017
21  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio