Nazarov Almaniya klubu ilə 4 illik müqavilə imzaladı

16:58 - 14 İyul 2017

Millimizin üzvü Dmitri Nazarov Almaniyanın "Aue" klubu ilə yeni müqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni müqavilənin şərtlərinə görə, 2021-ci ilin yayına qədər hazırkı klubunun uğurları üçün çalışacaq. 

 

Təcrübəli yarımmüdafiəçi imza mərasimindən sonra fikirlərini bildirib. O, "Aue"də qaldığı üçün xoşbəxt olduğunu dilə gətirib: "Burada qaldığım üçün xoşbəxtəm. Rəhbərliklə görüşdük və qısa danışıqdan sonra razılığa gələ bildik. Bu daha çox "Aue"də qalmaq istəyimlə bağlı idi".

 

Qeyd edək ki, “Aue”yə ötən il “Karlsrue”dən keçən Dmitri Nazarov geridə qalan mövsümdə 9 qola imza atıb.

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

Xəbər xətti