"Sumqayıt" "Sivasspor" və "Osmanlıspor"la qarşılaşacaq

00:03 - 15 İyul 2017

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

 “Sumqayıt”  ilk olaraq Türkiyə superliqası təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Komanda növbəti yoxlama görüşünü iyulun 20-i Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh”a qarşı keçirəcək. 3-cü yoxlama matçında "Sumqayıt" iyulun 23-ü Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşacaq. Son yoxlama oyununda isə rəqib Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a olacaq. Bu görüş iyulun 28-i keçiriləcək.

Xəbər xətti