Azərbaycanlı futbolçu Türkiyə klubuna keçdi

11:08 - 15 İyul 2017

Azərbaycanlı futbolçu Röyal Nəcəfov karyerasını Türkiyədə davam etdirəcək

 

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard qardaş ölkənin BAL liqasında mübarizə aparan "Malatya Yeşilyurtspor" klubu ilə anlaşıb. Təcrübəli hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2015/2016-cı il mövsümündə MOİK-in heyətində Azərbaycan I Divizionunun bombardiri olan Röyal Nəcəfov sön mövsümü AZAL-ın heyətində keçirmişdi.

Xəbər xətti