Məşhur futbolçu baş məşqçi oldu

17:52 - 15 İyul 2017

Argentina millisinin sabiq futbolçusu Pablo Aymar məşqçi karyerasına başlayıb.
 
Sportal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Argentinanın U-17 millisinin “sükanı arxasına” keçib. Bu barədə məlumatı yerli mətbuat yayıb.
 
Xatırladaq ki, futbolçu karyerası ərzində “Valensiya”, “Benfika”, “River Pleyt”, “Saraqosa” kimi komandalarda top qovmuş Aymar, 2015-ci ildə butslarını mismardan asmışdı. O, Argentina millisində 53 oyun keçirib.

Xəbər xətti