"Sevilya"dan "Qalatasaray"a üz tutdu

Qalatasaray” mövsümlərarası fasilədə 4-cü əcnəbi transferini həll edib.

 

Sportal.az xəbər verir ki, “cim-bom” bu dəfə müdafiənin sağ cinahındakı problemi yoluna qoyub. Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən “Sevilya”nın oyunçusu Marianonun oynayacağı dəqiqləşib. Çünki “sarı-qırmızılılar” İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib.

 

La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçu bu gücə İstanbula gələcək və yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, "Qalatasaray" Maykon, Yunes Belhanda və Bafetimbi Qomisi də transfer edib.

Tarix: 16 İyul [00:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2017
22  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio