"Səbail"in oyunu təxirə salındı

01:07 - 16 İyul 2017

İyulun 10-dan etibarən Türkiyənin Kartepe bölgəsində toplanışda olan “Səbail” hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir, komandanın ötən günə yoxlama oyunu planlaşdırılsa da, matç baş tutmayıb. Belə ki, hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubu ilə keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb. Buna səbəb isə əlverişsiz hava şəraiti olub.
 
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qarşılaşıb, matçda hesab açılmayıb.

Xəbər xətti