Amit Quluzadənin yeni klubu məlum oldu

11:23 - 16 İyul 2017

Amit Quluzadənin yeni klubunun adı məlum olub. Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən futbolçu karyerasını ölkmizdə davam etdirəcək. 24 yaşlı futbolçu Premyer Liqanın debutantı "Səbail"lə anlaşıb.

 

Sportal.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, və “Sumqayıt”da çıxış edib. Millimizin sabiq üzvü Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.

Xəbər xətti