"Roma" türk futbolçunu rəsmən təqdim etdi

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "canavarlar" Türkiyənin "Başakşəhər" klubundanCengiz Ünderi transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Roma" bu transfer üçün İstanbul təmsilçisinə 15 milyon avro ödəyəcək.


Qeyd edək ki, Cengiz Ünder "Başakşəhər"ə ötən mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olmuşdu. O, "narıncı-göylər"in heyətində meydana çıxdığı 43 rəsmi oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 16 İyul [12:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2017
22  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio