Reynaldonun "Yanq Boyz"a transferi baş tutmayıb?

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun İsveçrənin "Yanq Boyz"a keçidi baş tutmayıb.

 

Sportal.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayb. Bildirilir ki, braziliyalı futbolçu bir neçə gün öncə müqavilə imzalamaq üçün "Yanq Boyz"un düşərgəsinə yollansa da, keçid reallaşmayıb. Sövdələşmənin hansı səbəbdən baş tutmadığı açıqlanmasa da, Reynaldonun tibbi müayindən keçə bilmədiyi iddia edilir. 

 

"Sambaçı" artıq Türkiyəyə dönüb və yenidən "Adanaspor"un düşərgəsinə qatılıb. Onun Səudiyyə Ərəbəsitanının "Əl Taavon" klubu ilə yoxlama görüşündə meydana çıxacağı gözlənilir. 

Tarix: 16 İyul [17:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio