"Sumqayıt" "Osmanlıspor" üçün hazırlaşır

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü iki məşq əsnasında başa vuracaq.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər üzərində də işləyib.

 

"Sumqayıt"ın axşam məşqi yerli saatla 18:30-da olacaq.

 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşünü 17 iyul tarixində Super Liqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.

Tarix: 16 İyul [18:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2017
19  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio