Burak Yılmaz Türkiyəyə qayıda bilər

"Pekin Qoyan"ın futbolçudu Burak Yılmaz karyerasını Türkiyədə davam etdirə bilər. 

 

Sportal.az xəbər verir ki. Super Liqada mübarizə aparan "Trabzonspor" klubu Türkiyə millisinin üzvü ilə danışıqlar aparır. Bu barədə klubun prezidenti Muharrem Usta açıqlama verib. O, forvardla danışıqların son mərhələdə olduğunu deyib: 

 

"Burak Yılmazla danışıqlarımız davam edir. O da "Trabzonspor"da oynamaq istəyir. Biz də onu gətirmək arzusundayıq. Amma klubu ilə də anlaşmaq lazımdı. Hazırda danışıqlar davam edir. Anlaşma əldə olunsa, transfer baş tutacaq".

 

Qeyd edək ki, Burak Yılmaz 2010-cu ildə "Fənərbaxça"dan transfer olunduğu "Trabzonspor"da 2 il oynayıb. Qara dəniz klubu 2012-ci ildə onu 5 milyon avroya "Qalatasaray"a satıb.

Tarix: 17 İyul [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2017
22  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio