"Yagelloniya" - "Qəbələ" matçının hakim təyinatları açıqlandı

10:12 - 17 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Yagelloniya" - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oyunu rumıniyalı FİFA referisi Konstasntin Sebastian Koltesku idarə edəcək.

 

20 iyul, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu

 

22:30. "Yagelloniya" - "Qəbələ"
Baş hakim:
Konstasntin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Yan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mixayleviç (Monteneqro)

İlk oyun: 1 - 1

Xəbər xətti