"Fola" - "İnter" oyunu litvalı hakimə həvalə edildi

10:22 - 17 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) matçının hakim təyinatları açıqlanıb.
 
Sportal.az xəbər verir ki, oyunu litvalı FİFA referisi Donatas Rumsas idarə edəcək.

 

20 iyul, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu

 

21:30. "Fola" - "İnter"
Baş hakim:
Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Qerasimov
Dördüncü hakim: Robertos Smitas (hamısı Litva)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Hakim-inspektor: Vasili Melinçuk (Ukrayna)

İlk oyun: 0 - 1

Xəbər xətti