"Qəbələ" Polşada məşqlərə başladı

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya gedib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Qəbələ" məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. 

 

“Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun keçiriləcəyi  Belostok şəhərinə gedəcək.

 

Qeyd edək ki, Belostok şəhər stadionunda keçiriləcək “Yagelloniya” – “Qəbələ” qarşılaşması iyulun 26-ı, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Tarix: 17 İyul [10:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio